Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnmiş kütləvi dava olub.
Hadisə Nəsimi rayonunda qeydə alınıb.
Belə ki, Asif Məhərrəmov küçəsində yerləşən yaşayış binasının önündə 4 nəfər arasında kütləvi dava baş verib. Nəticədə 1990-cı il təvəllüdlü Həsənov Xansu və 1988-ci il təvəllüdlü Səbuhi Ağayev bıçaqlanıb.
X.Həsənov çoxlu qan itirdiyindən yaxınlıqda yerləşən M.Mirqasımov adına Respublika Klinik Xəstəxanasına yerləşdirilib. Onun vəziyyəti ağır kimi qiymətləndirilir.
S.Ağayev isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.
Faktla bağlı Nəsimi Rayon Polis İdarəsinin 19-cu Polis Bölməsinin əməkdaşları tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, hadisə “Edem” sağlamlıq mərkəzinin qarşısında baş verib. Hadisə zamanı mərkəzə məxsus plafon qırılıb.(report)
Yeniçağ.az
www.yenicag.az