“Dəm qazından zəhərlənən tələbələrdən 3-ü Xəzər Universitetinin, 2-si Bakı Dövlət Universitetinin, 1-i isə Azərbaycan Dövlət İqtisad Universitetinin tələbələridir”.
Yenicag.az xəbər verir ki, bunu Xəzər Universitetinin İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əlövsən Əmirbəyli deyib.
O bildirib ki, tələbələrin 5 nəfəri artıq evə buraxılıb, bir tələbə isə saat 14-də evə buraxılacaq.
***
10:00
Bakıda daha 6 tələbə dəm qazından zəhərlənib, onların Xəzər Universitetinin tələbələri olduğu qeyd edilir.
Səhiyyə Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, tələbələr 1 saylı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə yerləşdiriliblər: “Çağırış saat 4:47-də daxil olub. Qızların dediyinə görə, hadisə kirayələdikləri mənzildə baş verib”.
Həkimlər tələbə qızların vəziyyətini orta ağır kimi qiymətləndirirlər.
Onlara lazımi tibbi yardım göstərilib. Hazırda müalicələri davam edir.
www.yenicag.az