Bakıda zəncirvari qəza: 3 “Mercedes” toqquşdu – FOTOLAR

Nərimanov rayonunda Ayna Sultanova istiqamətində zəncirvari qəza baş verib.

Yenicag.az xəbər verir ki, 10-LL-071 nömrə nişanı olan “Mercedes C Klass” markalı avtomobil parkdan çıxarkən tuneldən çıxan 10-TN-026 nömrə nişanı olan “Mercedes S Klass” markalı avtomobillə toqquşub. Tüneldən onun ardınca gələn 10-GY-013 nömrə nişanı olan köhnə “E Klass” da ani qəzadan yayına bilməyib. Nəticədə zəncirvari qəza baş verib.

Qəza nəticəsində xəsarət alan olmayıb. Hadisə yerinə polis əməkdaşları gəlib. Araşdırma aparılır.