Bakıda zəncirvari qəza baş verib

media-hightechnic-468x90

f358bb09bb1375447fa2e165e5e1697aGecə saatlarında Bakının Nəsimi rayonunda 4 avtomobilin iştirakı ilə zəncirvarı yol nəqliyyat hadisəsi baş verib.

Sürücü Həsən Əliyev idarə etdiyi BMW markalı avtomobillə Tiflis prospekti ilə 20 Yanvar dairəsi istiqamətində yüksək sürətlə hərəkətdə olan zaman qəfildən idarəetməni itirib. Nəticədə BMW əvvəlcə qarşısında hərəkətdə olan “London taksisi”nə, daha sonra metropolitenə məxsus yük maşınına çırpılıb. Sükana bundan sonra da hakim ola bilməyən Həsən Əliyev avtomobili eyni markalı başqa bir maşına da vurub.

Qəza nəticəsində xəsarət alan olmasa da, avtomobillərə ziyan dəyib. Hadisə yerinə Yol Patrul Xidmətinin əməkdaşları və Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları gəliblər. İlkin ehtimala görə, qəza “BMW”nin yüksək sürətlə hərəkət etməsi, “London taksisi”nin isə ona yol verməməsi nəticəsində baş verib. Sürücülər izahatlarının alınması üçün polis şöbəsinə dəvət ediliblər.

Faktla bağlı araşdırma aparılır(APA TV).

media-ziraat-728x90

Bakıda zəncirvari qəza baş verib

media-hightechnic-468x90

76497 (1)Bu gün saat 12 radələrində Bakının mərkəzində, Mirəli Qaşqay küçəsi, 56 ünvanında, parkın yanında sərnişin avtobusu qəzaya uğrayıb.

Bakı Sərnişinnəqliyyat Məhdud Məsuliyyəti Cəmiyyətinin sərnişindaşımaları monitorinqi, lisenziya və fərqlənmə nişanlarının cəlb etmə şöbəsi müdir müavini Vüqar İbrahimlinn  verdiyi məlumata görə, hadisə nəticəsində 5 maşın əzilib.

“Normal sürətlə hərəkət edən 88 saylı, “Daewoo” markalı, 10 TG 835 nömrə nişanlı avtobus işıqforun yaşıl işığında olarkən, qarşı tərəfdən “Hyundai” markalı maşın qırmızı işıqdan sürətlə gəlib. Maşın avtobusa çırpılaraq yaxınlıqda olan digər maşınlara dəyib”, – deyə Vüqar İbrahimli bildirib.

Onun sözlərinə görə, hadisə nəticəsində xəsarət alan olmayıb.

Məsələyə aydınlıq gətirmək üçün avtobusu idarə edən şirkətlə əlaqə saxladıq. Şirkətin rəhbəri Etibar Manafovun ANS PRESS-ə verdiyi məlumata görə, hadisə “Hyundai” markalı maşının sürücüsünün günahı ucbatından baş verib.

“Hazırda hadisəni araşdırma üçün müşahidə kameraları araşdırılır. Xoşbəxtlikdən hadisədə xəsarət alan olmayıb. Qəzanın baş verməsində minik maşınının sürücüsü günahkar olub”, – deyə Etibar Manafov bildirib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600