Bakıdakı bəzi səfirliklərdə bayraqlar endirildi

media-hightechnic-468x90

Böyük Britaniyanın paytaxtı Londonda martın 22-də törədilən terror aktı ilə əlaqədar bu ölkənin Azərbaycandakı səfirliyində dövlət bayrağı yarıyadək endirilib.

Bu barədə “Report”a Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildiriblər.

Böyük Britaniya səfirliyi ilə yanaşı Avropanın bir sıra ölkələrinin Azərbaycandakı səfirliklərində də həmrəylik işarəsi olaraq dövlət bayraqları yarıyadək endirilib.

Xatırladaq ki, İŞİD terror təşkilatı ilə bağlı olan britaniyalı maşını idarə edərək Vestminster körpüsündə olan bir neçə nəfəri əzib. Nəticədə 4 nəfər həlak olub, onlarla insan yaralanıb.

Yeniçağ.az

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 17.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa