Dünən Bakıda 160 nömrəli avtobusun yük qatarı ilə toqquşması nəticəsində ölənlərin sayı 2 nəfərə çatıb.
Yenicag.az xəbər verir ki, 3 saylı şəhər xəstəxanasına yerləşdirilən 1962-ci il təvəllüdlü Əliyev Şakir Pənah oğlu orada vəfat edib. Hadisə nəticəsində 13 yaşlı məktəbli isə qəza yerində ölüb.
Qeyd edək ki, hadisə nəticəsində daha 33 nəfər yaralanıb. Onlardan 3-nün vəziyyəti ağırdır. Yaralılardan 5-i məktəblidir.
Ağır qəzanın baş vermə anının videosunu təqdim edirik:
www.yenicag.az