İctimai nəqliyyatdan istifadə edən sərnişinlərin sayı açıqlandı

media-hightechnic-468x90

Bu ilin yanvar–aprel aylarında ictimai nəqliyyatda sərnişin axınında artım qeydə alınıb.

media-banner_tkm

Yenicag.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, dövr ərzində avtobuslarla 606 milyon 123 min sərnişin daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 8,9% çoxdur.

Metrodan istifadə edən sərnişinlərin sayı isə 0,9% artaraq 74 milyon 18,3 min nəfərə çatıb.Taksi xidmətlərindən istiafdə edən sərnişinlərin sayı 26 milyon 993,8 min təşkil edib ki, bu da illik müqayisədə 5,8% çoxdur.

Eyni zamanda, hava nəqliyyatı ilə daşınan sərnişinlərin sayı 3,3% artaraq 1 milyon 218,9 min nəfərə, dəmiryolu nəqliyyatı üzrə isə 20,8% artaraq 3 milyon 597,9 min nəfərə yüksəlib.

 

Mövzu ilə əlaqədar

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05