!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakıdakı silahlı basqının təfərrüatları: Zərərçəkənin qızı danışdı - VİDEO

!Reklam – Yazi

Gecə Bakıda silahlı basqının təfərrüatları məlum olub.

Yenicag.az-ın Xezerxeber.az-a iatinadən məlumatına görə, belə ki, qapını döyüb, özlərini hüquq-mühafizə orqanlarının əməkdaşı kimi təqdim edir. Hətta əlində vəsiqədə göstərir ki, ev sahibi buna inansın.

Qapını açan kimi həmin şəxslərdən biri mənzilə daxil olur. Bir neçə dəqiqə içəridə qaldıqdan sonra çıxıb digər şəxsi çağırır. O da qapıya yaxınlaşır əl izi düşməsin deyə, köynəyinin ətəyi ilə cəftəni, çəkərək evə daxil olur.

Quldurluq cinayəti gecə paytaxtın Binəqədi rayonu 7-ci mikrarayon ərazisində baş verib. İlkin məlumata görə, cinayətkarlar saat 21:00 radələrinədək evin qarşısında gözləyiblər, hava qaraldıqdan sonra da mənzilə daxil olublar.

Naməlum şəxs ev sahibi Rauf İsmayılovun başına silah dayayaraq ondan pul tələb edib. Zərərçəkmişin qızı deyir ki, atasının heç kimlə ədavəti yoxdur.

Müəyyən edilib ki, güllələnərək məhv edilən Eldəniz Şükürov əvvəllər dəfələrlə müxtəlif maddələrlə məhkum olunub. Hadisə yerindən cinayət aləti olan ”Makarov” tipli tapança aşkar olunaraq götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Daha ətraflı videoda:

COP29

www.yenicag.az

210
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv