Danimarka təmsilçisi “Kopenhagen”in baş məşqçisi Stole Solbakken “Qarabağ”la Çempionlar Liqasının “pley-off” mərhələsinin ilk oyunu ərəfəsində mətbuat konfransına qatılıb.
Yenicag.az xəbər verir ki, təcrübəli mütəxəssis matçın keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionunun konfrans zalında jurnalistlərin suallarını cavablandırıb.
– Tempratur normaldır. Deyilənə görə meydança da çox yaxşıdır. Rəqibimiz çox keyfiyyətli komandadır. Ev oyunlarında çox yaxşı çıxış edirlər. Son 3 mövsümdəki nəticələri də bunu sübut edir. Lakin biz də yaxşı nəticə ilə qayıtmaq istəyirik.
– Heyətdəki problemlər “Kopenhagen”ə necə təsir edə bilər?
– Yohansan zədəlidir, lakin bunu itki hesab etmirəm. Onun yerini dolduran oyunçu var. Əlimizdə olan futbolçularla yaxşı nəticə qazanmağa çalışacağıq.
– “Qarabağ”ın hansı özəlliyi sizi daha çox narahat edir?
– Rəqibin hücum “üçlüy”ünü qeyd edərdim. Onların hər biri oyunun taleyini həll edəcək futbolçulardır. Lakin biz sabah yalnız onlara qarşı deyil, komandaya qarşı oynayacağıq.
– 1996-cı ildə Norveç millisinin heyətində Azərbaycan yığmasına iki qol vurmuşdunuz və həmin matçda Qurban Qurbanov da iştirak edirdi. Bu oyunu xatırlayırsınız?
– Karyeram boyunca çoxlu qollar vurmuşam, hamısın xatırlaya bilmirəm (gülür). Ancaq həmin qollar yadımdadır. Çünki millidə çıxış etdiyim ilk vaxtlarda vurmuşam. Daha çox 1997-ci ildəki 1:0 hesablı qələbəni xatırayıram. Həmin vaxt mundiala vəsiqə qazanmışdıq.
www.yenicag.az