!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının Baş planının hazırlanması nə vaxt yekunlaşır? - FOTO

!Reklam – Yazi

Bakı şəhərinin Baş planının hazırlanması prosesinin əlaqələndirilməsi məqsədilə Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən formalaşdırılmış qurumlararası İşçi qrupun ilk iclası keçirilib.

Bu barədə Yenicag.az-a Komitədən məlumat verilib.

Bir çox nazirliklərin, dövlət komitələrinin və digər aidiyyəti dövlət qurumlarının həm rəhbərlik, həm də ekspert səviyyəsində təmsil olunduğu bu İşçi Qrupun tərkibi, ümumilikdə, 38 təşkilatın 100-ə yaxın nümayəndəsini əhatə edir. İşçi Qrupun ilk iclası Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Samir Nuriyevin rəhbərliyi ilə keçirilib.

İclası giriş sözü ilə açan S.Nuriyev bildirib ki, Bakının Baş planının aparıcı beynəlxalq təcrübəyə uyğun olaraq, iki mərhələdə təşkil olunmuş hazırlanması prosesi sürətlə davam etdirilir. 1-ci mərhələdə beynəlxalq strateji məsləhətçi BCG şirkətinin dəstəyi ilə Komitə tərəfindən hazırlanmış Bakının İnkişaf Konsepsiyası və şəhərin müəyyən edilmiş inkişaf prioritetləri hazırda reallaşdırılan 2-ci mərhələdə görülən işlərin əsasını təşkil edir. Bakının Baş Planının hazırlanması işi keçirilmiş açıq beynəlxalq tenderin qalibi – qərargahı Almaniyada yerləşən “AS+P” nüfuzlu beynəlxalq şəhərsalma və memarlıq şirkətinə, habelə şikətin yerli tərəfdaş qismində əməkdaşlığa cəlb etdiyi “Bakı Dövlət Layihə” İnstitutuna həvalə edilib.

Komitə sədri qeyd edib ki, dünya təcrübəsinə əsasən, Bakı kimi iri şəhərlərin baş planlarının işlənməsinə 3-4 il vaxt ayrılsa da, Bakının Baş planının hazırlanması işininin daha tez – 2020-ci ilin sonunadək yekunlaşdırılması planlaşdırılır. S.Nuriyevin sözlərinə görə, bu məsuliyyətli və şərəfli vəzifəni müəyyən olunmuş müddətdə və müvafiq keyfiyyət standartlarına uyğun olaraq yerinə yetirmək məqsədilə aidiyyəti dövlət qurumlarının formalaşmış İşçi Qrupu formatında səmərəli əməkdaşlığı xüsusi əhəmiyyət kəsb edir: “Baş Planın hazırlanması işinin uğurunda İşçi Qrupun səmərəli fəaliyyətinin, o cümlədən müvafiq məlumatların işlənməsində dəqiqliyin və çevikliyin böyük payı olacaq. Bununla yanaşı, İşçi Qrupda təmsil olunan bütün qurumları Baş plana daxil ediləcək strateji layihələrlə bağlı təkliflər irəli sürməyə dəvət edirik. Strateji layihələr Bakının müəyyən olunmuş 4 əsas inkişaf prioritetləri çərçivəsində hazırlanaraq Baş planın reallaşdırılmasında təkanverici qüvvə rolunu oynayacaq, şəhərin qısa – və uzunmüddətli perspektivdə davamlı və sistemli inkişafına xidmət edəcək”.

Daha sonra BCG məsləhətçi şirkətinin, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəsmiləri çıxış edərək İşçi Qrupun iş prinsipləri, növbəti müddət ərzində fəaliyyətinin plan-qrafiki, strateji layihələrə dair təkliflərin hazırlanması formatı, habelə Bakının aşağıdakı 4 əsas inkişaf prioritetləri barədə ətraflı təqdimatlarla çıxış ediblər.

Onlardan birincisi davamlı inkişafın təmin olunması məqsədilə şəhərin tarazlı zonalaşdırılması və ənənəvi mərkəzi ilə yanaşı alternativ mərkəzlərin və alt-mərkəzlərin formalaşdırılması, ikincisi şəhər və ətraf mühitinin regenerasiyası, ərazilərdən səmərəli istifadə və əhalinin rahat yaşayışının təmin edilməsi, üçüncüsü milli mədəni irsin və şəhərin memarlıq görkəminin qorunması, şəhərin mədəni həyatının zənginləşdirilməsi və sonuncu dördüncüsü isə şəhər iqtisadiyyatının post-sənaye dövrünə mərhələli keçididir.

Çıxışların ardınca mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iclas iştirakçılarının qaldırdığı suallar cavablandırılıb.

www.yenicag.az

796
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv