Bakının BEŞ ŞƏRTİ: “Ermənistanın qəbul etməkdən başqa əlacı yoxdur”

media-hightechnic-468x90

“Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa əlacı yoxdur”.

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan Baş naziri Nikol Paşinyanın Əbu-Dabi görüşü və görüşdən gözlənənləri Yenicag.az-a şərh edən Böyük Azərbaycan Partiyasının (BAP) sədri, millət vəkili Elşad Musayev deyib.

media-elshad_musayev_in_2024

O, bildirib ki, proseslərə müdaxilə edən ölkələr kənarda qaldı:

“Əbu-Dabidə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin vasitəçilərsiz görüşməsi çox ciddi mühüm siyasi hadisədir. Vasitəçilik adı altında proseslərə müdaxilə edən ölkələr oyundan kənarda qaldı. Uzun çəkişmədən sonra tərəflər arasında vasitəçisiz danışıqlar baş tutdu”.

Onun sözlərinə görə, danışıqlar gedir, lakin hələlik nəticələr barədə bir şey demək çətindir:

“Ən əsası odur ki, Azərbaycanla Ermənistan liderləri vasitəçilərsiz görüşdü. Azərbaycanın tələb etdiyi 5 şərt vardı. Ermənistan bunu onsuzda qəbul edirdi, amma bunu razılaşdırmaq lazımdır. Hansı işlər nə vaxt görüləcəksə, onlar müəyyən olunmalıdır. Ermənistanın Azərbaycanın şərtlərini qəbul etməkdən başqa əlacı yoxdur. Görüşə müəyyən qədər pozitiv baxmaq lazımdır, ancaq sülh müqaviləsinin konkret nə vaxt imzalanacağını demək çətindir”.

Səxavət Məmməd

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 10.07.2025

media-ziraat-160x600
media-ziraat-160x600