Bakının bu küçəsi müvəqqəti bağlanır

media-hightechnic-468x90

Bakı şəhərində avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin tənzimlənməsi məqsədi ilə Yusif Səfərov küçəsinin Heydər Əliyev prospekti ilə kəsişməsindən Üzeyir Hacıbəyov küçəsi ilə kəsişməsinədək olan istiqamətində üfiqi nişanlama xətlərinin yenidən rənglənməsi işləri aparılacaq.

Yenicag.az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi və Bakı Nəqliyyat Agentliyinin birgə məlumatında deyilir.

Məlumata görə, işlər axşam saat 22:00–da başlayaraq səhər saatlarına qədər yekunlaşdırılacaq.

Sürücülərdən sözügedən hissədə gecə saatlarında hərəkətdə olarkən diqqətli olmaları, müvəqqəti yol nişanlarına və yol hərəkəti qaydalarına əməl etmələri xahiş olunur.

Mövzu ilə əlaqədar

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 16.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa