Ötən gün Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən paytaxtın Nəsimi rayonu, Hüseynbala Əliyev küçəsindəki obyektdə razılaşdırılmadan artırma işləri faktı aşkar edilib.
Komitədən Yenicag.az-a bildirilib ki, tikinti işlərinin dayandırılması üçün müvafiq tədbirlərin görülməsi ilə bağlı iş icraçısına və aidiyyəti üzrə Nəsimi Rayon İcra Hakimiyyətinə məlumat verilib. Lakin Baş İdarənin məlumatına baxmayaraq, qanunsuz işlər davam etdirilib.
Bu səbəbdən oktyabrın 16-da Nəsimi Rayon İcra Hakimiyyətinə Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi tərəfindən ciddi xəbərdarlıq olunub, tikinti işlərinin dayandırılması və tikilinin sökülməsi təmin edilib.
www.yenicag.az