!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bakının kirayə mənzil bazarında YENİ BAHALAŞMA: “Söküntülər və pilot layihələrin icrası...”

!Reklam – Yazi

“Kirayə mənzil bazarındakı bahalaşmanın əsas səbəbi köhnə evlərin sökülməsidir”.

Bu fikirləri Yenicag.az-a açıqlamasında bu ilin yanvar ayında Bakının kirayə bazarında qiymətlərin 5,62 faiz artmasının səbəblərindən danışan əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyib.

Onun sözlərinə görə, kirayə mənzillərin qiymətindəki artım mövsümlə əlaqədar deyil:

“Əvvəllər köhnə beşmərtəbəli binalarda və fərdi həyət evlərində daha asanlıqla ucuz kirayə mənzillər tapmaq mümkün idi.

Lakin 2016-cı ildən etibarən, dövlət xətti ilə növbəti söküntülərin və pilot layihələrin icrasına başlanıldı. Bununla da bazarda ucuz kirayə mənzillərin qıtlığı yarandı və qiymətlərdə yenidən artım baş verdi.

Son vaxtlar işləmək üçün paytaxta gələn vətəndaşların, o cümlədən, tələbələrin sayının artması da kirayə mənzillərin qiymətinə təsir göstərən ciddi amillərdir”.

Fərzəliyev hesab edir ki, vətəndaşlar şəhərin uyğun yerlərində və ya metro stansiyalarına yaxın ərazilərdə kirayə ev tutmağa daha çox üstünlük verirlər. Tələbatın yüksək olması isə qiymət artımına birbaşa təsir göstərir:

“Hazırda əmlak bazarında mənzil qıtlığı müşahidə olunur. Ucuz mənzillər tapmaq isə qeyri-mümkün hala gəlib. Bu problemin aradan qalxması üçün əlavə tələbə yataqxanaları tikilib istifadəyə verilməlidir. Nəticədə sıravi vətəndaşlar öz ciblərinə uyğun münasib qiymətə kirayə mənzil tapmaqda çətinlik çəkməzlər”.

Gülşən Şərif

COP29

www.yenicag.az

3247
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv