Bakının məktəblərdə “Sağlam təhsil sinfi” yaradılacaq

media-hightechnic-468x90

siaphoto_429470Bu gün Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Sağlam təhsil sinfi” layihəsi çərçivəsində 100 məktəbin direktoru üçün seminar keçirilib. Seminarda ötən il bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı layihənin pilot olaraq tətbiq olunacağı 100 məktəbin direktoru, psixoloqu, tibb heyətinə, eyni zamanda sinif müəllimlərinə bu barədə ətraflı məlumat verəcək.

Təhsil Nazirliyinin aparıcı məsləhətçi Afət Süleymanova jurnalistlərə açıqlamasında deyib ki, Azərbaycanda Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasının tətbiqi istiqamətində bir çox addımlar atılır və bunlardan biri də “Sağlam təhsil-sağlam millət” layihəsidir: “Layihə ötən ildən həyata keçirilməyə başlanıb. Bir çox araşdırma aparılıb, beynəlxalq təcrübə öyrənilib, monitorinqlər həyata keçirilib. Layihə çərçivəsində respublikanın müxtəlif məktəblərin ayrı-ayrı yaş hədlərində uşaqlar tibbi müayinələrə cəlb edilir, sağlamlıq durumları öyrənilir. Araşdırmalar göstərir ki, artıq uşaqların təhsil mühitində sağlamlığının qayğısına qalmağın vaxtı gəlib çatıb. Bu məqsədlə layihə çərçivəsində Bakı şəhərinin 5 məktəbində, Sumqayıt şəhərinin 1 məktəbində hər məktəbdə 2 sinif olmaqla “Sağlam təhsil sinfi” yaradılıb”.

A. Süleymanova qeyd edib ki, bu layihəni Rusiyada təqdim edən akademik Vladimir Filippoviç Bazarnı keçən ilin sentyabrında Azərbaycana gəlib və layihə barədə müvafiq məlumatlandırma aparıb: “Növbəti mərhələdə bu layihə 100 məktəbdə pilot layihə kimi tətbiq olunacaq. Belə bir məsuliyyət işin ərəfəsində Təhsil Nazirliyi belə bir qərar gəldi ki, Vladimir Filippoviç Bazarnı yenidən Azərbaycana dəvət olunsun və növbəti mərhələdə pilot olaraq tətbiq olunacaq 100 məktəbin direktoru, psixoloqları, tibb heyəti, eyni zamanda siniflərin müəllimləri seminarlara dəvət olunsunlar. Bu gün 100 məktəbin direktoru seminara cəlb olunub və onlara çərçivəsində layihədə barədə ətraflı məlumat verəcək. Qeyd edək ki, V.Bazarnının sistemi Rusiyanın müxtəlif regionlarında tətbiq edilir. Artıq 3 mindən artıq təhsil müəssisəsində bu metodika həyata keçriilir. Bununla yanaşə xarici ölkələrdə də bu sistem tətbiq olunmaqdadır”. (sia.az)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600