Bakının mərkəzi yollarında hərəkət məhdudlaşdırılır - FOTO

media-hightechnic-468x90

Paytaxtın mərkəzi yollarında nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Bakı Nəqliyyat Agentliyindən Yenicag.az-a verilən məlumata görə, 24 fevral saat 22:00-dan 25 fevral səhər saatlarınadək Neftçilər prospekti Yusif Səfərov küçəsi istiqaməti və Yusif Səfərov küçəsi Heydər Əliyev prospekti istiqamətində nəqliyyat vasitələrinin hərəkəti qismən məhdudlaşdırılacaq.

Səbəb qeyd edilən ərazilərdə üfiqi nişanlanma xətlərinin çəkilməsidir.

Sürücülərdən vəziyyəti anlayışla qarşılamaları xahiş olunur.

Qeyd edək ki, Xocalı prospektində aparılan analoji işlər isə artıq yekunlaşıb.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600