Bakının mərkəzində əxlaqsızlıq yuvası - VİDEO

media-hightechnic-468x90

Metronun “Memar Əcəmi” stansiyasının yaxınlığındakı çay evi kimi fəaliyyət göstərən iaşə obyektləri ilə bağlı Baku TV-nin qaynar xəttinə şikayət ünvanlanıb.

Yenicag.az xəbər verir ki, sakinlər deyiblər ki, bu məkanlarda çalışanların qeyri-etik əməllərinin əlindən küçədən ailə-uşaqla keçmək mümkün deyil.

“Bu problem illərdir davam edir. Gecədən səhərə qədər musiqi səsi gəlir, nalayiq ifadələr, təhqirlər eşidirik. Buranı əxlaqsızlıq yuvasına çeviriblər”, – deyə sakinlər narazılıq bildiriblər.

Çəkiliş aparıldığını görən obyekt sahibləri isə çay evlərini bağlayıb ərazidən uzaqlaşmağa başlayıblar. Bir neçə dəqiqədən sonra isə ərazidəki bütün iaşə obyektlərinin işıqları sönüb, qapıları da bağlanıb.

Ətraflı süjeti təqdim edirik:

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 20.08.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa