Bakirə qızlara maaş veriləcək

1362384370_rusAfrika ölkəsi olan Svizelenddə HİV virusunun qarşını almaq məqsədilə bakirə qızlara hər ay 200 Ruanda frankı (təxminən 15 manat) məbləğində maaş veriləcək.

Yenicag.az xəbər verir ki, əslində bu qərarın əsas mahiyyəti kralın bakirə qızların sayının artırmaq istəyi ilə bağlıdır.  Belə ki, kral bakirə qızlardan özünə həyat yoldaşı seçir . Qeyd edək ki, “Bəkarət maaşı” proqramının maliyyə xərcləri Dünya Bankı öz üzərinə götürüb.

Hesabata görə, son zamanlar sözügedən ölkədə maddi vəziyyətin çətin olmasından dolayı gənc qızlar arasında fahişəlik halları kəskin artıb. Bu səbəbdən cinsi yolla keçən müxtəlif ölümcül xəstəliklər insanların həyatına son qoyur. Yaxın müddətdə proqramın icrasına başlanacağı gözlənilir.