“Bakıya qələbə qazanmağa gəlmişik”

media-hightechnic-468x90

78704“Hansı heyətlə oynamağımızın fərqi yoxdur. Bakıya qələbə qazanmağa gəlmişik”.

media-banner_tkm

Bu sözləri “İnter”in baş məşqçisi Roberto Mançini deyib.

Sabah “Qarabağ”la qarşılaşacaq “İnter”in çalışdırıcısı bu gün Bakıda mətbuat konfransı keçirib. İtalyan mütəxəssis bildirib ki, Bakıda qələbə üçün oynayacaqlar: “Biz bütün komandanı gətirmişik. Hətta qapıçılar da gəlib. Biz bura qələbə qazanmağa gəlmişik. Bizim gətirmədiyimiz oyunçuların 4-ü zədəli idisə, digərləri yorğun idilər. Amma bura gələn futbolçularla da meydana qələbə qazanmaq üçün çıxacağıq”.

Mançini “Qarabağ”la bağlı da fikir bildirib: “Qarabağ”ı çox bəyənirəm. Sabah azarkeşləri maraqlı mübarizə gözləyir”.

Rəqib çalışdırıcı Türkiyədə işləməyinizin “Qarabağ”la oyunda sizin üçün bir üstünlüyü olacaq” sualına belə cavab verib: “Türkiyədə işləməyin elə bir əhəmiyyəti yoxdur. “Qarabağ”ın oyununu təhlil etmişəm. Bura qələbə qazanmağa gəlmişik”.

(anspress.com)

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05