“Baku Electronics” rəqabət qanunvericiliyini POZDU

media-hightechnic-468x90

Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi daxil olmuş müraciətlər əsasında “Baku Electronics” MMC-nin fəaliyyəti ilə bağlı araşdırma aparıb.

Bu barədə Yenicag.az-a Agentlikdən bildirilib.

Məlumata görə, araşdırmanın predmetini “YOSHIRO” adlı televizorların satışı ilə əlaqədar rəqabət qanunvericiliyinin pozulması hallarının olub-olmaması təşkil edib.

Araşdırma nəticəsində rəqabət qanunvericiliyinin pozulması halları və əlamətləri müəyyən edildiyi üçün rəqabət qanunvericiliyinin pozulması haqqında iş qaldırılması məsələsinə baxılması üçün rəqabət komissiyasının yaradılması barədə qərar qəbul edilib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 25.06.2025

media-ziraat-160x600
media-ziraat-160x600