!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baku TV-nin yeni layihəsi: Tanınmış jurnalist 15 ildən sonra yenidən televiziyada

!Reklam – Yazi

Tanınmış jurnalist yenidən televiziyaya qayıdır.

Yenicag.az-ın məlumatına görə, jurnalist Tural Müseyibov 15 ildən sonra yenidən TV-də çalışacaq.

2006-cı il iyun ayının 2-si “Space” TV-dən ayrılan Müseyibov bu gündən etibarən Baku TV-də fəaliyyətə başlayıb.

Oxu.Az-a açıqlamasında T.Müseyibov bildirib ki, hər zaman jurnalistika ilə əlaqəli olub:

“Mən deməzdim ki, uzun müddət televiziya sahəsindən uzaq düşmüşəm. Çünki jurnalist kimi uzaqlaşsam da, həmişə bu sahə ilə əlaqəli olmuşam. “Space” televiziyasında xəbərlərin aparıcısı kimi çalışırdım. Daha sonra bir çox fəaliyyətim olub.

Fövqəladə Hallar Nazirliyinin, Dövlət Dəniz Agentliyinin mətbuat xidmətinin rəhbəri, FHN Muğan Regional Mərkəzinin rəis müavini olan zaman da media ilə bağlı idim. Televiziyalarda müsahibələrimiz, layihələrimiz, verilişlərimiz olub.

Bu gün isə tam olaraq televiziyaya qayıdıram. Bu gün sosial şəbəkələrin inkişaf etdiyi və ənənəvi medianın çətinlik yaşadığı bir dövrdə Baku TV qısa bir müddətdə böyük bir auditoriya toplaya bilib.

Çox maraqlıdır ki, sosial şəbəkələr üzərindən yayımladığı reportajlar, müsahibələr təkcə Azərbaycanda deyil, xaricdə də daha çox izlənmə əldə edib və yeni kanal olmasına baxmayaraq, hər zaman Baku TV-yə istinadlar var. Xüsusi olaraq vurğulamaq istəyirəm ki, Baku TV-də peşəkar bir komanda formalaşıb. Bu komanda ilə çalışmaq şərəfdir”.

T. Müseyibov qeyd edib ki, yenidən aparıcılıq edəcək:

“Yeni bir layihə həyata keçirəcəyik. Hazırda layihə üzərində çalışırıq. Mən jurnalist kimi televiziyada çalışan zaman oranı hansısa bir dövlət orqanına getmək üçün mərhələ kimi istifadə etməmişəm.

Mən 15 ilə yaxın dövlət qulluğunda çalışsam da, bir tərəfdən həmişə özümü mediada görmüşəm. Bu gün məqamı gəldi və mən yenidən televiziya sahəsindəyəm”.

www.yenicag.az

461
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv