Türkiyənin tanınmış ilahiyyatçılarından olan Hayreddin Karaman elçiliyə gedənə qədər qızı görməyən oğlanın həmin anda alacağı qızı deyil, baldızını istəməsində bir problem olmadığını bildirib.
Yenicag.az xəbər verir ki, Karaman həyat yoldaşı vəfat etmiş və ya boşanmış şəxsin baldızı ilə evlənə biləcəyini söyləyib.
Karaman “Öncə bacımı istəməyə gələn şəxs daha sonra mənim üçün elçi gəldi? İslami baxımdan problem varmı?” sualına “Yoxdur” cavabını verib.
“İki bacı ilə eyni anda evlənə bilməz. Ancaq həyat yoldaşı vəfat edib və ya ayrılıblarsa, xanımının bacısı ilə evlənməyi mümkündür”, deyə ilahiyyatçı alim sözlərini tamamlayıb.
Alimin sözləri sosial mediada birmənalı qarşılanmayıb və mübahisəyə səbəb olub.
www.yenicag.az