BAMF-un yaranmasından 22 il keçir

media-hightechnic-468x90

cddBeynəlxalq Avrasiya Mətbuat Fondunun yaranmasından artıq 22 il keçir

Bu gün Beynəlxalq Avrasiya Mətbuat Fondunun ad günündür, fondun yaranmasından 22 il ötüb keçir. 1992-ci ilin 4 sentyabrında yaranmış və Azərbaycan Respublikası Ədliyyə nazirliyi tərəfindən dövlət qeydiyyatına alınan BAMF artıq 22 ildir ki, vətəndaş cəmiyyəti sferasında fəaliyyət göstərir və öz töhvələrini verir.

Bu 22 ildə təşkilat BMT qurumları, Amerikanın Dövlət Departamenti, Avropa Komissiyası, Dünya Bankı, Beynəlxalq Mətbuat İnstitutu, Beynəlxalq Jurnalistlər Federasiyası, bir sıra xarici ölkələrin Azərbaycan Respublikasındakı səfirlikləri, nazirliklər, agentliklər, eləcə də regiondakı yerli və beynəlxalq qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərir. Bu ilin yanvar ayında təşkilat Nyu-York şəhərində BMT-nin Baş Qərargahında BMT-nin İqtisadi Sosial Şurasının (ECOSOC) QHT bölməsinin komitə iclasında ECOSOCA-a ən yüksək statusla üzv qəbul edilmişdir. BMT-nın yarandığı gündən bu günə qədər əməkdaşlıq etdiyi 31000 təşkilatın içərisində yalnız 148 təşkilat bu statusa layiq görülüb, əlbəttə ki, BAMF da bu 148 təşkilat sırasına aid edilir.

Bununla yanaşı BAMF həmçinin Qaçqınlar və Sığınacaq Axtaranlar üzrə Avropa Şurasının (ECRE), ABŞ Dövlət Departamenti Hərbi-Siyasi İşlər Bürosunun Silahların Ləğvi və Qadağan Edilməsi İdarəsinin İctimai-Özəl Tərəfdaşlıq Proqramının, Beynəlxalq Mətbuat İnstitutunun (BMİ), Beynəlxalq Sülh Bürosunun (BSB), Dayanıqlı İnkişaf Uğrunda Şimal Alyansının (ANPED) üzvüdür.

Beynəlxalq və yerli layihələrinicrasında təcrübəsi olan BAMF Beynəlxalq Mətbuat İnstitutu və Beynəlxalq Sülh Bürosunun idarə heyətində də təmsil olunur.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600