“Bank of Baku”da yeni sədr

media-hightechnic-468x90

13021349122339021012dfgh“Bank of Baku” ASC-nin Müşahidə Şurasının iclasında Abbas İbrahimov bankın yeni İdarə Heyətinin sədri vəzifəsinə təyin edilib.

Bu haqda məlumat “bankofbaku” saytında yer alıb.
Məlumata görə, Abbas İbrahimov may ayının 1-dən etibarən yeni səlahiyyətlərinin icrasına başlayacaq. Bank of Baku-nun fəaliyyətində əvəzsiz əməyi olan eks-sədr Fərid Hüseynov tutduğu vəzifədən öz xahişi əsasında azad edilib və peşəkar fəaliyyətinə digər maliyyə qurumunda davam etdirəcək.

Qeyd edək ki, Abbas İbrahimov 1999-2003-cü illərdə Türkiyənin Ankara Universitetində İş iqtisadiyyatı üzrə bakalavr dərəcəsini, 2003-2005-ci illərdə isə İstanbul Texniki Universitetində Biznes inzibatçılığı üzrə Maqistr dərəcəsini alıb. Bankdakı iş fəaliyyətinə 2005-ci ildə başlayan Abbas İbrahimov, bir müddət sonra şöbə müdiri, daha sonra isə departament direktoru vəzifəsinə qədər yüksəlib.

2010-cu ildə isə “Bank of Baku”nun İdarə Heyəti sədrinin müavini, pərakəndə sahə üzrə idarə heyətinin üzvü vəzifəsinə təyin edilib.

1994-cü ildə təsis edilən “Bank of Baku” hal-hazırda Azərbaycanın aparıcı banklardan biri olmaqla Azərbaycanın 10 aparıcı bankların sırasına daxildir.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 30.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600