Banklara olan borcuna görə ölkədən qaçmaq istədi, yaxalandı

media-hightechnic-468x90

cb93aa09dac75831c83cbfad5b257babDövlət Sərhəd Xidməti (DSX) əməkdaşları dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olan şəxsi saxlayıblar.

media-banner_tkm

DSX-nin mətbuat mərkəzindən daxil olan məlumatda bildirilib ki, 11.10.2015-ci il tarixdə keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Balakən rayonu Mazımçay kəndi ərazisindəki zastavanın xidməti sahəsindən dövlət sərhədini Azərbaycandan Gürcüstan istiqamətində pozmağa cəhd göstərən bir nəfər Azərbaycan Respublikasının vətəndaşı, 1974-cü il təvəllüdlü Sadıqov Səməd Qüdrət oğlu saxlanılıb.

Müəyyən edilib ki, S.Sadıqov dövlət banklarına olan külli miqdarda borcunu ödəməkdən yayınmaq məqsədi ilə ölkəni qeyri-qanuni yolla tərk etmək niyyətində olub.

Fakt üzrə araşdırma tədbirləri davam etdirilir(APA).

media-whatsapp-image-2026-02-03-at-11-43-05

Hava proqnozuwidget-title-icon

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 11.02.2026

media-whatsapp-image-2026-02-03-at-11-24-05
media-whatsapp-image-2026-02-03-at-11-24-05