Bakıda klinikaların birində çalışan həkim-kardioloq Hikmət Quliyev alqışlanılası addım atıb.
Yenicag.az xəbər verir ki, o, bankomatdan pul çıxarmaq istəyərkən müştərilərdən birinin 100 manat pulunu və məxaric qəbzini burada unutduğunu görüb.
Hikmət Quliyev pulun sahibini 20 dəqiqə gözləsə də, bankomata yaxınlaşan olmayıb. Daha sonra bankomatın aid olduğu bankın baş ofisinə yollanan həkim, pulun kimə aid olduğunu dəqiqləşdirə bilib. Nəticədə pul sahibinə qaytarılıb.
Məsələ ilə bağlı saytımıza açıqlama verən Hikmət Quliyev pulun sahibinin yaşlı qadın olduğunu bildirib. O qeyd edib ki, qadın 176 manat pensiya alırmış. Yaşlı qadın da pulu məhz pensiyasını bankomatdan çıxarmaq istəyərkən orada unudub.
Emin Səfərov
www.yenicag.az