Barak Obama nəyi etiraf etdi?
Barak Obama 11 sentyabr hücumundan sonra Amerikanın bəzi şəxslərə işgəncələr verdiyini təsdiqləyib.
11 sentyabr hücumundan sonra Amerika Mərkəzi Kəşfiyyat İdarəsi şübhəli şəxslərə işgəncələr verib. Onlara qarşı Amerikanın dəyərlərinə uyğun gəlməyən şəkildə davrandıqlarını etiraf edən Obama bunun zərurətdən qaynaqlandığını açıqlayıb. Obama təhlükəsizlik qüvvələrinin yeni hücumlarının ola biləcəyi ehtimalı ilə bu addımı atdıqlarını və o zaman çox böyük təzyiqlərə məruz qaldıqlarını bildirib.
Qeyd edək ki, ABŞ Senatının şübhəli şəxslərə verilən işgəncələrlə bağlı hazırladığı hesabatın gələn həftə açıqlanacağı bildirilir.