Baş İmamdan müxalifətlə bağlı “Paralel” jest

media-hightechnic-468x90

11093196_10205436872794002_1961297616_nParalel Gülən Şəbəkəsinin yaşam fəlsəfəsinə çevrilib. Belə ki, Şəbəkə Amerika siyasətinə uyğun olaraq, iqtidarla yanaşı müxalifətlə də əlaqələrini itirmir.

Azərbaycanda iqtidar-müxalifət münasibətlərindəki durumu bildiyi üçün ehtiyatlı hərəkət edən Şəbəkə daha çox qərbyönümlü müxalifətlə əlaqələrini kəsmir.

Yenicag.az-a daxil olan məlumata görə, hakimiyyətə yetərincə öz kadrlarını yerləşdirən Gülən Şəbəkəsi Milli Şura ilə əlaqələri də kəsmir. Hətta Gülənin Azərbaycan üzrə baş imamı Ənvər Özərənin sabiq millət vəkili Gültəkin Hacıyeva ilə yenidən əlaqə qurduğuna dair xəbərlər yayılmaqdadır.

Həmin xəbərlərə görə, Qafqaz Universitetini Camaatın beyin mərkəzi olaraq seçən Şəbəkə gizli olaraq, müxalifətdəki adamlarını da aktiv olmağa çağırıb. Yəni, Elnur Aslanovun dövlət içindəki hücrələri oyanmağa səslədiyi kimi, Ənvər Özərən-Məsud Kurnaz-Ahmet Sanıc üçlüsü də müxalifətdəki dostlarını ayıq olmağa çağırıb.

029
Qeyd edək ki, müxalifətlə əlaqələrin uzun tarixçəsi var. Elçibəy bu liseyləri özünə yaxın qoymasa da, Əli Kərimli həmişə Gülən məktəblərinə sıcaq baxıb. Elə liseylər bağlanarkən, AXCP sədri başda olmaqla Milli Şuranın müxtəlif rəhbər şəxslərinin, eyni zamanda onun nəzarətində olan medianın Azərbaycan dövlətinə qarşı Gülənin mövqeyindən çıxış etməsi yaddan çıxmayıb.

Üzdə iqtidara yaltaqlanan bu zümrəni müxalifətin müdafiə etməsi o zaman da ciddi çaşqınlıq yaratmışdı. Bu bir daha qapalı qapılar ardında başqa məsələlərdən xəbər verirdi.

Xatırladaq ki, buradan fərqli olaraq, Türkiyədə Camaat illərlə müxalifət partiyalarına qarşı iqtidarın yanında olduğunu açıq göstərirdi. Ancaq bu gün əslində iqtidarı dəstəkləmədikləri, dövləti ələ keçirmək üçün bu taktikadan istifadə etdikləri üzə çıxdığı üçün açıq şəkildə hətta öz dini baxışlarına zidd olan solçuları dəstəkləməkdən də çəkinmirlər.

kollaj_manshetjpgNəzərə alsaq ki, Elnur Aslanov-Fərhad Məmmədov ikilisi İlqar Məmmədovun qurduğu REAL-dan yeni müxalifət yaratmaq niyyətindəydilər, o zaman Camaatın hədəfi tam olaraq, üzə çıxır. Belə ki, iqtidar daxilindəki Gülənist qüvvə ilə ABŞ-ın istədiyi müxalif güc də yaradaraq, dövləti və protest elektoratı nəzarət altında saxlamaq Paralel Şəbəkənin əsas planlarından olub.

Eyni zamanda Gülənin hələ 1990-cı ildə dediyi “Azərbaycanda 25 il meyvə gözləməyin” sözləri də bu ildən etibarən əsas güclərini meydana çıxaracaqlarını göstərir. Müxalifətlə TUSİAB adına əlaqələri isə başqanın məsləhətçisi Yasin Goralın həyata keçirdiyi ehtimal olunur.

gorusme4O da bildirilir ki, Gülən müxalifətdəki namizədlərinin dəstəyi üçün də Özərənə tapşırıq verib. Həmin tapşırığa əsasən namizədlərə TUSİAB üzvü olan şirkətlər tərəfindən müxtəlif adlarla yardım ediləcək.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600