Baş konsul beynəlxalq konfrasda

media-hightechnic-468x90

78093Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) əməkdaşı Misirdə keçirilən Beynəlxalq konfransda iştirak edib

Dekabrın 3-də Misirin məşhur ali təhsil ocağı olan “əl-Əzhər” Universitetinin təşkilatçılığı ilə “Terrora qarşı mübarizə” mövzusunda Beynəlxalq konfrans keçirilib. Konfransda Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Xarici əlaqələr şöbəsinin əməkdaşı Vüsal Cahangiri və Azərbaycanın Misirdəki baş konsulu Emil Rəhimov iştirak ediblər.

Konfransda dünyanın müxtəlif ölkələrini təmsil edən məşhur və nüfuzlu din alimləri, elm və ictimaiyyət nümuyəndələri iştirak ediblər.

“Terrora qarşı mübarizə” mövzusunda keçirilən ikigünlük beynəlxalq tədbirdə olan terrorçuluq və dini radikallıq, terrorun bəşər cəmiyyəti üçün yaratdığı təhlükə, terrorçuluqla mübarizədə dini təsisatların rolu və bu qlobal problemin digər həlli yolları müzakirə mövzusu olub.

(anspress.com)

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600