!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş nazir təyyarədən enər-enməz həbs olunacaq

!Reklam – Yazi

Korrupsiya ilə məşğul olduğuna görə barəsində saxlanılma qərarı verilən Pakistanın keçmiş baş naziri havada təqib olunur.

Yenicag.az xarici KİV-ə istinadən xəbər verir ki, Pakistanın keçmiş baş naziri Nəvaz Şərif qızı ilə birlikdə yaşadığı London şəhərindən Pakistanın Lahor şəhərinə getmək üçün yola düşüb. Hazırda qızı Məryəm ilə təyyarədə olan baş nazir enən kimi həbs olunaraq 10 il müddətinə azadlıqdan məhrum ediləcək.

İnsident yaranmaması üçün 10 min polisin təlimatlandırıldığı bildirilir. Bununla belə, korrupsiyada təqsirləndirilən sabiq baş nazirin dəstəkçilərinin sayı heç də az deyil. Minlərlə Nəvaz Şərif dəstəkçisi hava limanının qarşısına toplaşıb.

Qeyd edək ki, Şərif həbs olunacağını bildiyi halda ölkəsinə geri qayıdır. Məhkəmə ona 10 il, qızı Məryəmə 7 il, kürəkəni Səfdar Avana isə bir il həbs cəzası verib.

COP29

www.yenicag.az

1957
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv