Baş nazirdən iki yeni QƏRAR

media-hightechnic-468x90

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasına “Respublika” statusu verilib.

Yenicag.az-ın məlumatına görə, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.

Əqli Mülkiyyət Agentliyinə Maliyyə Nazirliyi ilə birlikdə bu Qərardan irəli gələn məsələləri həll etmək tapşırılıb.

Baş Nazirin digər qərarı ilə isə Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddi 126 vahiddən 100 vahidə endirilib. Bununla əlaqədar Nazirlər Kabineti “Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanasının işçilərinin say həddinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 7 sentyabr tarixli 379 nömrəli Qərarında dəyişiklik edib.

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600