!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Baş Prokurorluq redaktorlara xəbərdarlıq edib

!Reklam – Yazi

Azərbaycanın Baş Prokurorluğu “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarına rəsmi xəbərdarlıq edib.

Baş Prokurorluğun mətbuat xidmətinin məlumatına görə, son günlər bəzi kütləvi informasiya vasitələrində, o cümlədən “Xural.com”, “Aztoday.az”, “İnfoaz.org” internet saytlarında müxtəlif başlıqlar altında dərc edilmiş məqalələrdə sensasiya naminə, həqiqətə uyğun olmayan, ictimai rəyi çaşdırmaq məqsədi güdən yalan və qərəzli məlumatlar yayılıb.

“Bununla əlaqədar həmin saytların baş redaktorları Baş Prokurorluğa dəvət edilərək saytlarında sensasiya naminə, qərəzli informasiyaların yayılmasına son qoyulması tələb edilməklə, gələcəkdə bu xarakterli məlumatların yayılmasını davam etdirəcəkləri təqdirdə barələrində cinayət məsuliyyəti də daxil olmaqla, qanunvericilikdə nəzərdə tutulmuş daha ciddi tədbirlər görüləcəklərinə dair rəsmi xəbərdarlıq edilib”, mtbuat xidməti bildirir.

Xural.com saytının rəhbəri Əvəz Zeynallı baş prokurorun birinci müavini Rüstəm Usubov tərəfindən xərədarlıq edildiyini bildirib.

“Saytlarda gedən yazılara verdiyimiz şərhlərə görə xəbərdarlıq olunduq. Bir az da gərginvarı bir söhbət oldu”, o facebook səhifəsində yazıb.

Xatırladaq ki, son günlər bir sıra saytlar müxalifətdə olan AXCP sədri Əli Kərimlinin övladlarının təhsil haqqının və digər xərclərinin Prezident Administrasiyasındakı vəzifəli şəxs tərfindən maliyyələşdirildiyi ilə bağlı məqalələr dərc edilib. Məqalələrdə həmçinin hökumətin yüksək eşelonunda qarşıdurma olduğu iddia olunur. (Musavat.com)

Yenicag.Az

COP29

www.yenicag.az

1111
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv