!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

Basketbol millilərimiz təlim-məşq toplanışının ikinci mərhələsinə start verdi

!Reklam – Yazi

Azərbaycanın 16 və 18 yaşadək oğlan basketbolçulardan ibarət milliləri Gürcüstanın paytaxtı Tbilisidə təlim-məşq toplanışının ikinci mərhələsinə start veriblər.

Azərbaycan Basketbol Federasiyasından Yenicag.az-a verilən məlumata görə, hazırlıq prosesi çərçivəsində U-16 millimiz artıq bir yoxlama oyunu da keçirib. Komanda A divizionunda çıxış edən Gürcüstanın U-16 seçməsinə 58:40 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, təlim-məşq toplanışının ikinci mərhələsi 23 iyuna qədər davam edəcək. U-16 yığmamız iyulun 9-14-də Albaniyanın paytaxtı Tiranada, U-18 millimiz isə iyulun 23-28-i aralığında Elbasan şəhərində keçiriləcək Avropa çempionatının C divizionunun oyunlarında iştirak edəcək.

COP29

www.yenicag.az

199
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv