Başqırdıstanda azərbaycanlı döyüldü

media-hightechnic-468x90

659c0f0e31f96be6818452e4369a8195Rusiya Federasiyasının Başqırdıstan Respublikasının paytaxtı Ufa şəhərində sürücünün döyülməsi ilə bağlı sosial şəbəkələrdə yayılan videoçarx səs-küyə səbəb olub.

Başqırdıstan Respublikası Daxili İşlər Nazirliyi bununla bağlı açıqlama yayıb və döyülən şəxsin azərbaycanlı olduğunu bildirib.

Açıqlamada deyilir ki, “Lada Priora” markalı avtomobilin azərbaycanlı sürücüsü yolda baş verən münaqişə zamanı yan şüşəsinin sındırılması ilə əlaqədar polisə müraciət edib: “Hazırda faktla bağlı araşdırma aparılır, hadisənin baş vermə şəraiti dəqiqləşdirilir”.

Qeyd edək ki, hadisə “Korso” bazarı yaxınlığında Sipaylovo rayonunda baş verib.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600