“Rusiya Qara dəniz regionunda daha geniş sahəyə nəzarəti ələ keçirmək iddiasındadır”.
Yenicag.az unian.net-ə istinadən xəbər verir ki, bu fikirləri “Moskva” kreyserinin vurulmasının Rusiyanın Qara dənizdəki gücünə təsirini şərh edən istefada olan ABŞ briqada generalı Kevin Rayan deyib.
Onun sözlərinə görə, Ukrayna hərbçilərinin “Moskva”nı məhv etməsilə Rusiya özünün Qara dənizdəki hərbi qüdrətini 10 faiz itirib.
Rayan bildirib ki, “Moskva” geniş koordinasiya funksiyalarına malik idi və onun vasitəsilə Odessaya desant çıxarılmasında atəş dəstəyini təmin etmək olardı. Artıq Rusiyanın belə bir imkanı yoxdur:
“O baxımdan, Rusiya Qara dənizdə hərbi qüdrətini on faiz itirib. Ancaq Moskva Qara dəniz regionunda daha geniş sahəyə nəzarəti ələ keçirmək iddiasındadır. Buna görə də Rusiya Ukraynanı Qara dənizə çıxışdan məhrum etmək üçün daha geniş əraziləri zəbt etməyə can atır. Digər tərəfdən, dənizə və okeana nəzarət üçün onun Qara dənizdə donanması olmayacaqsa, bu, Rusiyanın qələbəsi sayılmayacaq”.
www.yenicag.az