Reklam: Sinerji

Azərbaycanda koronavirusla bağlı xəbərlər

Koronavirusun onlayn statistikası

Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Batumidə ümummilli lider Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib - Foto

Batumidə Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 94-cü ildönümü ilə əlaqədar bir sıra tədbirlər həyata keçirilib. Azərbaycanın Batumidəki Baş konsulu Rəşad İsmayılov Şota Rustaveli Batumi Dövlət Universitetində “Heydər Əliyev adına Azərbaycanşünaslıq Mərkəzi” auditoriyasında “Heydər Əliyev və Gürcüstan -Azərbaycan münasibətləri” mövzusunda beynəlxalq hüquq ixtisası üzrə təhsil alan tələbələri qarşısında açıq mühazirə ilə çıxış edib.

batumi_tedbir_100517_03Baş konsulluqdan Trend-ə verilən məlumata görə, mühazirədə universitetin müəllim və proffesorları da iştirak ediblər.

Baş konsul iştirakcılara Ümummilli lider Heydər Əliyev haqda geniş məlumat verib, Gürcüstan-Azərbaycan əlaqələrinin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldilməsində, bölgədə təhlükəsizliyin bərpa olunmasında, qlobal layihələrin reallaşmasında xüsusi xidmətləri olan şəxsiyyət kimi səciyyələndirib, onun təhsilə, gəncliyə qayğısı sahəsindəki xidmətindən danışıb.

batumi_tedbir_100517_04Sonda Baş konsul R.İsmayılov iştirakçıların Heydər Əliyev və Azərbaycanla bağlı çoxsaylı suallarını cavablandırıb.

Həmin gün, Acaristanın nüfuzlu “Ajara PS” qəzetində “Heydər Əliyev Azərbaycanın müstəqil xarici siyasətinin memarıdır” adlı məqalə dərc edilib.

batumi_tedbir_100517_07Məqalədə Azərbaycanın ümummilli liderinin həyatı, siyasi karyerası haqqında ətraflı məlumatlar verilib. Bildirilib ki, xalqın israrlı tələbi ilə 15 iyun 1993-cü il tarixində Bakıya gələn Heydər Əliyev vətəndaş müharibəsi xofu ilə yaşayan, iqtisadiyyatı dağılmış vəziyyətdə olan, ərazisinin böyük bir hissəsinin işğal altında olan Azərbaycana rəhbərlik edib. Yazıda Heydər Əliyevin ən böyük nailiyyətlərdən birinin onun neft strategiyası olduğu, bu siyasətin Azərbaycanın təkcə iqtisadi tərəqqisi deyil, eyni zamanda dövlət müstəqilliyinin güclənməsində böyük rol oynadığı vurğulanıb.

Yeniçağ.az

www.yenicag.az

385