“Görüşdə əsas müzakirə mövzusu Ukrayna məsələsi olacaq”.
Bu fikirləri Rusiya prezidenti Vladimir Putinlə ABŞ prezidenti Co Bayden arasında bu gün videokonfrans vasitəsilə baş tutacaq görüşün mümkün nəticələri haqqında fikirlərini bölüşən beynəlxalq münasibətlər üzrə analitik Teymur Qasımlı Yenicag.az-a açıqlamasında səsləndirib.
Teymur Qasımlı qeyd edib ki, Rusiya ABŞ-dən sanksiyaların yumşaldılması qarşılığında Ukrayna ilə sərhəddən qoşunların geri çəkilməsi şərtini irəli sürəcək:
“Görüşü istəyən tərəf Rusiya olub. Neçə vaxt idi ki, bu görüşlə bağlı ABŞ-yə istəklərini bildirirdilər. Bayden adminstrasiyası da buna razılıq verdi. Görüşdə əsas müzakirə mövzusu Ukrayna məsələsi olacaq, həmçinin Polşa-Belarus gərginliyi də müzakirə ediləcək. Rusiya sərhədə ona görə əsgər yığır ki, ABŞ və Avropanın Rusiyaya tətbiq etdiyi embarqolar yumşaldılsın. Güman edirəm ki, görüşdə müəyyən mənada alış-veriş olacaq. Gərginliyin səngiyəcəyini düşünürəm. Rusiya sərhədə yığıdığı əsgərləri geri çəkə bilər. Amma nəyin qarşılığında?! Rusiyanın irəli sürdüyü şərtin ABŞ tərəfindən qəbul ediləcəyini zənn edirəm. Sanksiyalar yumşaldılarsa, Rusiya-Ukrayna arasındakı gərginlik də azalacaq”.
Aqil Bəkir
www.yenicag.az