!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

“Bayraktar Kızılelma”nın kütləvi istehsalına bu tarixdə başlanılır - VİDEO

!Reklam – Yazi

Türkiyənin tamamilə öz imkanları ilə inkişaf etdirdiyi “Bayraktar KIZILELMA” pilotsuz döyüş təyyarəsinin uçuş sınaq kampaniyası planlaşdırılan istiqamətdə davam edir.

Bu barədə “BAYKAR” şirkətinin ictimaiyyətlə əlaqələr departamentinin rəhbəri İlker Akgüngör Yenicag.az-ın Türkiyə bürosuna məlumat verib.

Bildirilib ki, bu çərçivədə Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi, Tekirdağın Çorlu şəhərindəki AKINCI Uçuş Tədris və Sınaq Mərkəzində dördüncü uçuşunu həyata keçirib.

Bu günə qədər iki prototipi uğurla istehsal edilən Bayraktar KIZILELMA-nın inkişaf və istehsal fəaliyyətləri davam edir. Milli pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına 2024-cü ildə başlanılması planlaşdırılır.

Aprelin 10-da keçirilən qəbul mərasimində dünyanın ilk SİHA gəmisi olacaq TCG Anadolunun uçuş göyərtəsində Bayraktar KIZILELMA və Bayraktar TB3 SİHA yer alıb. Mərasimdə ikinci prototipi istehsal edilən Bayraktar KIZILELMA pilotsuz döyüş təyyarəsinin 2025-ci ildə TCG Anadolu gəmisindən uçuş sınaqlarına başlaması gözlənilir.

www.yenicag.az

527
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv