Bayram Kürdəxanlını Ağamirzənin qohumu vurub - TƏFƏRRÜATLAR - Fotolar

media-hightechnic-468x90

Tanınmış meyxana ustası Bayram Kürdəxanlı (Bayramqulu Quliyev) avtomobil vurması nəticəsində ölüb.

Hazırda yas mərasimində olan Yenicag.az-ın əməkdaşının verdiyi məlumata görə, mərhum saat 14:00-da yerdən götürüləcək, Kürdəxanı qəbiristanlığında, atasının yanında dəfn olunacaq. Qonşuların dediyinə görə, hadisə B. Kürdəxanlı qəsəbədəki toy mərasimindən evinə qayıdarkən baş verib. Meyxanaçını maşınla vuran sürücü Emin Fərhadov Maştağa kənd sakini imiş. Kənd camaatının sözlərinə görə, həmin şəxs Ağamirzənin qohumudur.

Qeyd edək ki, Ağamirzənin özü də saytımıza açıqlamasında məlumatı təsdiqləyib.

Emin Səfərov
Yenicag.az

Mövzu ilə əlaqədar

media-ads-468x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600