!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bayram Səfərov Paşinyana meydan oxudu: "İndi hünəri varsa..."

!Reklam – Yazi

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı, Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri Bayram Səfərov Ermənistan rəhbəri Nikol Paşinyanın Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi kimi görməsi barədə səsləndirdiyi fikirlərə münasibət bildirib.

Yenicag.az xəbər verir ki, B.Səfərov Ölkə.Az-a açıqlamasında deyib ki, Nikol Paşinyan ermənilərə bu cür yalan vədlər verməklə iqtidarda qalmağa çalışır:

“Paşinyan hakimiyyətə yeni gələndə deyirdi ki, münaqişə Qarabağ ermənilərinin problemidir. İndi də deyir ki, Dağlıq Qarabağı Ermənistanın ərazisinə birləşdirmək lazımdır. Bu bütün beynəlxalq hüquq normalarına ziddir. Əgər müharibə olsa, indiki Ermənistan Azərbaycanın qarşısında davam gətirə bilməz. Azərbaycan ordusu 2016-cı ilin aprel döyüşləri zamanı ermənilərin dərsini verib. Həmin vaxt Ermənistan rəhbərliyi kimə yalmanırdısa, məhz onların xahişi ilə Ermənistana güzəşt olundu. Eyni zamanda cənab Prezident İlham Əliyev hümanist davranaraq istəmədi ki, erməni anaları gözüyaşlı qalsın. Ermənilərin gündə bir cildə girməsi yeni deyil. Onlar tarixən özlərinə bir ağa axtarmaqla tanınıblar. Görünür ki, bir ağa ermənilərə azlıq edir. Ona görə də indi Nikol Paşinyan yeni ağalar axtarır”.

İcma rəhbəri qeyd edib ki, əgər ermənilər səsini çıxarsa, Azərbaycan ordusu dərhal başını əzəcək:

“İndi hünəri varsa, Paşinyan Qarabağı Ermənistana birləşdirsin, görək bunu necə edir! Ermənilər səsini çıxarsa, Azərbaycan ordusu dərhal başını əzər. Baxmayaraq ki, Qarabağ işğal altındadır, ancaq həmin yerlərə bütün nəzarəti Azərbaycan ordusu edir. Ən əsası da Azərbaycan ordusu bu işğala dərhal son qoymaq üçün alışıb yanır. İnanın ki, Ali Baş Komandan tərəfindən Azərbaycan oğullarına əmr verilsə, ən yaxın zamanda torpaqları işğaldan azad edəcəklər. Bunu ermənilər çox yaxşı bilir”.

COP29

www.yenicag.az

1614
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv