Bayramda bu xidmətlər 3 dəfə BAHALAŞACAQ

media-hightechnic-468x90

Novruz Bayramı günləri üçün regionlarımızda yerləşən istirahət mərkəzləri yenidən yüksək qiymətlər təklif etməyə başlayıblar. CESD-nin qiymət monitorinqləri göstərir ki, bayram günlərində hotellərdə qiymətlər adi günlər ilə müqayisədə orta hesabla 3 dəfə baha olacaq.

Yenicag.az  xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. O bildirib ki, regionlarda turizmin inkişafı vacibdir və bu valyutanın ölkədə qalması baxımdan da prioritetdir: “Amma turizm xidmətlərinin və eləcə də, hotel qiymətlərinin əlçatan olması da olduqca əhəmiyyətlidir. Yüksək qiymətlər bayram günlərində turizmin əlçatanlığını kəskin azaldır”.

Millət vəkili turizmdə qiymətlərin yüksək olmasının əsas səbəbini 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasında görür: “Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi olduqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər”.

“Buna görə də, az ulduzlu hotellərin inşaatının sürətləndirilməsi bu istiqamətə daha çox aşağı faizli kreditlərin ayrılması və güzəştlərin tətbiqini aktuallaşdırır. Bu, sahibkarların stimullaşdırılması baxımdan vacibdir. Bütövlükdə, bu sahədə qiymətlərin optimallaşdırılması üçün rəqabətin daha da gücləndirilməsi önəmlidir”, – deyə V. Bayramov əlavə edib./Ölkə.az/

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 14.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600