Bazar gününə olan hava proqnozu: İsti, külək, yağış...

media-hightechnic-468x90

Sabah Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

Milli Hidrometeorologiya Xidmətinin Yenicag.az-a verilən məlumata əsasən, sabah axşama doğru bəzi yerlərdə yağış yağacağı ehtimalı var. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 30-33° isti, Bakıda gecə 23-25° isti, gündüz 30-32° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunudan 755 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

Azərbaycanın rayonlarında bəzi yerlərdə şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 20-25° isti, gündüz 21-36° isti, dağlarda gecə 9-14° isti, gündüz 18-23° isti olacaq.

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 01.05.2025

media-ziraat-160x600
media-ziraat-160x600