!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

BDU-dan tələbələrin təhsil haqqı ilə bağlı AÇIQLAMA

!Reklam – Yazi

Bakı Dövlət Universiteti bu gün səhər saatlarında ali təhsil ocağının ikinci korpusunun pəncərəsindən asılan “Pulsuz Təhsil” şüarına münasibət bildirib.

BDU-dan Yenicag.az-a verilən məlumata görə, mövcud qanunvericiliyə uyğun olaraq, Bakı Dövlət Universitetində ödənişli əsaslarla təhsil alan bəzi kateqoriyalara aid olan tələbələrin təhsil haqqı təsdiqedici sənədlər təqdim etdikləri halda dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Bildirilib ki, universitetdə hazırda 21842 nəfər bakalavr, 1553 magistr, 700 nəfər doktorantura pilləsində təhsil alır: “Onlardan 11834 nəfəri və ya 54,18 faizi dövlət sifarişli plan yerlərinə qəbul olunduğu üçün ödənişsiz əsaslarla təhsil alır. 2019-cu ildə dövlət sifarişli plan yerlərinin sayı ötən illə müqayisədə 2059 nəfər artıb.

Belə ki, ölkə Prezidentinin müvafiq sərəncamına və qanuna uyğun olaraq təhsil aldığı müddətdə məcburi köçkün statusu olan tələbələr, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və Konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş və Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və məhkəmə tərəfindən ölmüş elan edilən vətəndaşların uşaqları olan tələbələr, şəhid ailəsi statusunu almış ailənin üzvləri olan tələbələr, hər iki valideyni vəfat etmiş 18 yaşınadək olan şəxslər, hər iki valideyn himayəsindən məhrum olmuş uşaqlar, bir valideyni vəfat etmiş və o biri valideyni I və II qrup əlil olan 18 yaşınadək şəxslər təhsil haqqından azad edilirlər. Bu kateqoriyaya aid olan 2327 nəfər tələbə də təhsil haqqından azaddır. Həmçinin BDU-da təhsilin bütün pillələri üzrə 11779 nəfər təqaüd alır. Eyni zamanda 2019-cu ilin may ayından etibarən BDU-nun rəhbərliyinin qərarı ilə burada təhsil alanlar təhsil haqqını tam və ya tədris ilinin sonunadək hissə-hissə ödəyə bilərlər”.

Qeyd edək ki, səhər saatlarında BDU-nun ikinci korpusunun pəncərəsindən asılan “Pulsuz Təhsil” şüarı sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Şahidlərin sözlərinə görə, bir qrup tələbənin asdığı deyilən şüar qısa müddət ərzində yığışdırılıb.

COP29

www.yenicag.az

1435
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv