BDU-nun kafedra müdiri vəfat edib

media-hightechnic-468x90

Həmid Hüseynov 1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib

Bakı Dövlət Universitetinin (BDU) kafedra müdiri vəfat edib.

“Report”un məlumatına görə, geologiya-mineralogiya elmləri namizədi, BDU-nun Ümumi və tarixi geologiya kafedrasının müdiri, dosent Həmid Hüseynov dünyasını dəyişib.

Qeyd edək ki, H.Hüseynov 1946-cı ilin sentyabrın 11-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin (indiki BDU) geologiya-coğrafiya fakültəsini bitirib, mühəndis-geoloq ixtisasını alıb.
1968-1971-ci illərdə “Paleontologiya və tarixi geologiya” kafedrasının aspirantı olub, sonrakı illərdə müəllim, baş müəllim və dosent vəzifələrini tutub.

1975-1979-cu illərdə Fransa və Əlcəzair Respublikalarında pedaqoq kimi çalışıb, Milli Neft və Qaz İnstiutunda (Əlcəzair, Bumerdes şəhəri) “Paleontologiya” və “Tarixi geologiya” fənlərindən mühazirələr oxuyub, milli geoloq kadrlar hazırlayıb.

1990-1992-ci illərdə BDU-nun prorektoru vəzifəsində işləyib.
2012-ci ildən Ümumi və tarixi geologiya kafedrasının müdiri olub.

1 monoqrafiya, 1 dərs vəsaiti, 1 dərslik, 5 metodik göstəriş, 100-ə yaxın məqalə və tezislərin müəllifidir.

Yeniçağ.az

media-ziraat-728x90

BDU-nun kafedra müdiri vəfat edib

media-hightechnic-468x90

 ılopAzərbaycan elminə ağır itki üz verib.

Bakı Dövlət Universiteti (BDU) «Slavyan ölkələri tarixi» kafedrasının müdiri, tarix elmləri doktoru, professor Tofiq Vəliyev vəfat edib.

 Tofiq Talış oğlu Vəliyev 1934-cü il may ayında Ağdam rayonunun Kürdlər kəndində müəllim ailəsində anadan olub. 1948-1951-ci illərdə Ağdam Pedaqoji Texnikumunda təhsil alıb. 1951-1952-ci tədris ilində Yevlax rayonunun Qoyunbinəsi kəndində müəllim işləyib. 1953-1958-ci illərdə BDU-nun Tarix fakültəsində təhsilini başa vurduqdan sonra təyinatla AMEA Tarix institutuna göndərilib.

 1960-1963-cü illərdə İnstitutun əyani aspiranturasında təhsil alan T.Vəliyev 1966-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın ipək emalı sənayesi» mövzusunda namizədlik dissertasiyasını, 1986-cı ildə «XX əsrin əvvəllərində Azərbaycanın sənayesi və proletariatı» mövzusunda isə doktorluq dissertasiyası müdafiə edib.

1990-cı ildə müsabiqə yolu ilə BDU-nun Tarix fakültəsinə professor vəzifəsinə keçən T.Vəliyev 1993-cü ildən fakültənin «Slavyan ölkələri tarixi» kafedrasının müdiri vəzifəsində çalışıb.

 

media-ziraat-728x90

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 24.03.2025

media-ziraat-160x600
media-ziraat-160x600