BEA Azərbaycanda neft hasilatı ilə bağlı proqnozu açıqladı
Beynəlxalq Enerji Agentliyi (BEA) Azərbaycanda neft hasilatının 2022-ci ildə 0,67 milyon barel/sutka təşkil edəcəyini proqnozlaşdırır.
Yenicag.az Trend-ə istinadən xəbər verir ki, bu göstərici əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.
Agentliyin hesabatına əsasən, 2022-ci ilin birinci rübündə Azərbaycanda neft hasilatı 0,7 milyon, ikinci rübündə isə 0,67 milyon, üçüncü rübündə isə 0,65 milyon barel/sutka təşkil edib.
Dördüncü rübdə 0,67 milyon barel/sutka hasilat proqnozlaşdırılır.
2023-cü ildə Azərbaycanda neft hasilatı 0,67 milyon barel/sutka səviyyəsində proqnozlaşdırılıb. Bu göstərici də əvvəlki hesabatla müqayisədə dəyişməz qalıb.