!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Bəhreyn, Səudiyyə Ərəbistanı, BƏƏ və Misir Bəhreyndə hərbi baza qurmağı planlaşdırır

!Reklam – Yazi

Bəhreyn, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) və Misir Bəhreyndə hərbi baza qurmağı planlaşdırdığı iddia olunub.

Yenicag.az xəbər verir ki, bu barədə Misirin “Əl-Əhram Əl-Arabi” jurnalında məlumat verilib.

Qətərə embarqo tətbiq edən bu dörd Körfəz ölkəsi Qətərin tələblərini 72 saat ərzində yerinə yetirmədiyi təqdirdə bəzi tədbirlərə əl atacaqlarını bildirib.

Xəbərdə iqtisadi embarqonu genişləndirmək, Qətərin Körfəz Əməkdaşlıq Şurasına (KƏŞ) üzvlüyü ilə embarqo tətbiq edən ölkələrdəki sərvətlərinin dondurulmanın həmin tədbirlər arasında olacağı qeyd olunub.

Bu çərçivədə, Bəhreyndə hərbi baza qurmaq planının da olduğu vurğulanıb.

Bu tədbirlərin həyata keçiriləcəyi təqdirdə, Misirin ilk dəfə Körfəz regionunda hərbi qüvvələrinin yerləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, iyunun 5-də Səudiyyə Ərəbistanı, Bəhreyn və BƏƏ, həmçinin Misir Qətəri terror təşkilatlarına və onların bu ərəb ölkələrində daxili vəziyyəti gərginləşdirmək üzrə fəaliyyətlərinə dəstək verməkdə ittiham edərək rəsmi Doha ilə diplomatik əlaqələri kəsdiklərini bəyan ediblər. Sonra digər ölkələr Qətərlə münasibətləri dayandırdığını və ya azaltdığını bildirib.

Daha sonra, Səudiyyə Ərəbistanının liderlik etdiyi Körfəz bölgəsində ərəb ölkələrinin Qətərə göndərdiyi tədbirlər siyasında, Türkiyənin Qətərdəki Əl Rayyan hərbi bazasının bağlanılmasını istəyir.

Siyahıda həmçinin mərkəzi Qətərdə olan və beynəlxalq səviyyədə yayımlar edən Əl Cəzirə telekanalının bağlanması, Yəməndə hökümətə qarşı mübarizə aparan şiə Husilərə maliyyə dəstəyinin kəsilməsi, İranla diplomatik münasibətlərin dondurulması, terror təşkilatı kimi qəbul edilən qrup və hərəkatlara maddi dəstəyin verilməsinə son qoyulması da nəzərdə tutulub.

Yenicag.az

COP29

www.yenicag.az

1184
!Reklam – Single 02
Ads
!Reklam – Arxiv