Bekhem özünə stadion tikəcək
25 min nəfərlik stadion kompleksinin içərisində gecə klubu, restoran və mağazalar olacaq
İngilis futbolçu Devid Bekhem öz stadionunu yaratmaq fikrinə düşüb.
Mayamidə qurulması planlaşdırlan stadionun tutumu 25 min nəfərlik olacaq. Onun daxilində gecə klubu, restoran, mağazaların olması planlaşdırılır.
Bekhem və ortaqları stadionu heç bir dövlət dəstəyi olmadan inşa etməyi planlaşdırır. Stadionun Mayami limanında inşası planlaşdırılır. Bu bölgə ilə bağlı qərarın 6 ay içində veriləcəyi gözlənilir. Əgər adıçəkilən ərazidə tikinti icazəsi ala bilməsələr alternativ olaraq 4 variant təklif ediləcək.
Stadion Avropa tərzində olacaq. Belə ki, burada oturacaqlar stadiona daha yaxın yerləşdiriləcək, onun damı isə dalğavari olacaq.
Qeyd edək ki, futbolçu kimi kariyerasını başa çatdıran Bekhem öz futbol komandasını qurur. O, komandada ən yaxşı oyunçuların olacağını bildirmişdi(anspress).