Belarus Polşaya nota verdi

media-hightechnic-468x90

Belarus Polşanın Minskdəki müvəqqəti işlər vəkili Kşiştof Ojanneyə etiraz notası təqdim edib.

Bu barədə Yenicag.az qurumun bəyanatına istinadən xəbər verir.

Məlumata görə, diplomat Belarusda casusluqda ittiham olunan Polşa vətəndaşı Qjeqoj Qavel ilə bağlı insidentlə əlaqədar Xarici İşlər Nazirliyinə çağırılıb.

“Belarus tərəfi bu cür hərəkətlərin yolverilməz olduğunu, qonşuluq prinsiplərini kobud şəkildə pozduğunu və ikitərəfli münasibətlərə ciddi zərər vurduğunu qeyd edib”, – bəyanatda bildirilib.

Belarus XİN-dən bildirilib ki, baş verənlərə hüquqi qiymət vermək niyyətindədirlər. Eyni zamanda, Polşadan Belarusun milli təhlükəsizliyinə zərər vuran addımlardan çəkinmək tələb olunub./report

media-bankkart_tl_platinum_azerbaycan_3_banner

Valyuta hesablayıcısıwidget-title-icon

CBAR tərəfindən: 05.09.2025

media-apple-pay_160x600-mastercard
media-apple-pay_160x600-visa