Belarusda son sutka ərzində daha 341 nəfər koronavirusa yoluxub.
Yenicag.az xəbər verir ki, bu barədə Belarus Səhiyyə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
Məlumata görə, ölkədə koronavirusa yoluxanların sayı 2919 nəfərə çatıb. Son sutka ərzində 3 nəfər koronavirusdan vəfat edib. Bununla da koronavirusdan ölənlərin sayı 29 nəfərə yüksəlib.