Belçika hökuməti keçmiş Avropa Komissarı Didye Reyndersə qarşı dələduzluqda şübhəli bilinərək istintaqa başlayıb.
Yenicag.az xəbər verir ki, bu barədə AP məlumat yayıb.
Brüssel Baş Prokurorluğunun nümayəndəsi bildirib ki, keçmiş komissara qarşı “çirkli pulların yuyulması ilə bağlı mümkün əməllər” barədə istintaq başladılıb. Onun sözlərinə görə, araşdırmalar çərçivəsində bir neçə binada axtarışlar aparılıb.
Məlumata görə, istintaq Reyndersin Avropa Komissiyasındakı səlahiyyət müddəti başa çatdıqdan bir neçə gün sonra başlayıb. Bununla belə, prokurorluq istintaqın, yerli mediada yayımlanan, milli lotereya vasitəsilə çirkli pulların yuyulması ilə bağlı xəbərlərlə əlaqəli olub-olmadığını təsdiqləməyib. Reyndersin də daxil olduğu Avropa Parlamentindəki “Avropanı Yenilə” qrupu isə davam edən təhqiqatla bağlı hər hansı şərh verməkdən imtina edib.
Xatırladaq ki, bu həftə Avropa Parlamentinə “Almaniya üçün Alternativ” partiyasının üzvü, deputat Piter Bistronun çirkli pulların yuyulması və konstitusiyaya zidd hərəkətlər ittihamı ilə toxunulmazlığının ləğvi üçün sorğu təqdim edilib. Eyni zamanda, noyabr ayında bir sıra Avropa ölkələrində çirkli pulların yuyulması, mafioz fəaliyyət və ƏDV-dən yayınma ilə bağlı genişmiqyaslı araşdırmalar aparıldığı məlum olub.
www.yenicag.az